Mərkəzi Bankın 30 milyon manat həcmində 168 gün tədavül müddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

27 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2075024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,597.4000 (8.99%) manat və 9,657.4813 (7.6%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,410,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0835 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,637.2669 (8.07%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 12.10.2023-cü ildir.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı