Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın Baş direktoru: "Yaşıl maliyyə" üzrə prinsiplər hazırlanır” - BBN

Mərkəzi Bankın Baş direktoru: “Yaşıl maliyyə” üzrə prinsiplər hazırlanır”

“Yaşıl maliyyə” üzrə prinsiplər hazırlanır”.

BBN.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

“Biz burada digər Mərkəzi Bankların təcrübəsini yaxından öyrənirik. Bu prinsiplərin hazırlanması “Yaşıl maliyyə” üzrə əlahiddə tənzimləmə çərçivəsi formalaşdırmağa kömək olacaq”, – deyə Z.Əliyev əlavə edib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.

Related posts

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı