Mərkəzi Bankın dəstəyi ilə Milli Depozit Mərkəzinin qaynar xətti yaradılıb

“Məlum olduğu kimi Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı investorların hüquqlarının müdafiəsi və kapital bazarı üzrə qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş digər fəaliyyəti həyata keçirdiyindən, Milli Depozit Mərkəzi ilə yaxın əlaqədədir”.

BBN.az bu haqda Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-dən bildirilib ki, bu baxımdan Mərkəzi Bank və Milli Depozit Mərkəzi arasında müəyyən tədbirlər keçirilməkdədir: “Belə tədbirlərdən biri olaraq Mərkəzi Bankın dəstəyi ilə investorların Milli Depozit Mərkəzinə müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə Milli Depozit Mərkəzinin “966-0” qaynar xətti yaradılmışdır”.

Related posts

“AFB BANK” ASC marketinq agentliyi xidmətlərinin satın alınması üzrə tender elan edib

ABB-nin balansındakı nəqliyyat vasitələri təkrar hərraca çıxarılacaq

Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı