Mərkəzi Bankın məlumatı

13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyətini müvəqqəti dayandıracaqdır. “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.

Qeyd edək ki, həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərən Mərkəzi Bankın “Nağd pul ofisi”ndə əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması həyata keçirilir.

Related posts

Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq?

Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı