Mərkəzi Bankın Nağd pul ofisinin iş qrafikinə düzəliş

Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.

Bakı şəhərində keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcəkdir.

“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.

Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (#966) müraciət oluna bilər.

#MərkəziBank

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Yelo Bank dəftərxana və təsərrüfat mallarının alışına dair texniki tender elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı