Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib - BBN

“Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

“Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbir DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.

BBN.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə yanaşı, dövlət qurumlarının, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının  nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov açaraq, sosial məsuliyyət və tərəfdaşlıq prinsiplərinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Daha sonra Agentliyin fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.

Müzakirələrdə iştirakçılar dövlət, QHT və biznes qurumları arasında əməkdaşlığın sosial rifahı gücləndirməkdə mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, bu cür platformalar sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması və dövlət-cəmiyyət tərəfdaşlığının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Related posts

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı