Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişəcək

Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad olunmasına razılıq verir.

AZƏRTAC

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı