Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

6, 7 mart 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)  

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)  

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi
28   AZ2223024707 06.03.2024 30.000.000 100.000 300 03.04.2024
84 AZ2224024706 07.03.2024 30.000.000 100.000 300 30.05.2024
168 AZ2225024705 06.03.2024 30.000.000 100.000 300 21.08.2024
252 AZ2226024704 07.03.2024 30.000.000 100.000 300 14.11.2024

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı