Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

26 aprel və 27 aprel 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)       ISINHərractarixiHərraca çıxarılan məbləğ (manat) Nomi nalMiqdarNotun ödəniş tarixi
28AZ207302470826.04.202330.000.00010.0003.00024.05.2023
84AZ207402470726.04.202330.000.00010.0003.00019.07.2023
168AZ2075024706  27.04.202330.000.00010.0003.00012.10.2023
252AZ207602470527.04.202330.000.00010.0003.00004.01.2024

Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:

a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);

b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;

c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər

 Hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:

-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.

-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.

Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı