21 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2054024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 98.2576 (7.6%) manat və 99.1787 (3.55%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,117,600 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.2576 (7.6%) manat, orta ölçülmüş qiyməti isə 98.5658 (6.24%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 25,117,600 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 15.03.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.