Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

21 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2054024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 98.2576 (7.6%) manat və 99.1787 (3.55%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,117,600 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.2576 (7.6%) manat, orta ölçülmüş qiyməti isə  98.5658 (6.24%) manat  olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 25,117,600 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.03.2023-cü ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

Yaxın Şərq qaynayır, qızıl sərhəd tanımır: $4,130 üzərində bərk dayandı!

COMEX-də qızıl və gümüş ucuzlaşıb

Qlobal fond bazarlarında əsasən artım qeydə alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı