Mərkəzi Bankın nümayəndə heyəti Çin Xalq Bankının Şanxay şəhərində yerləşən baş ofisində işgüzar səfərdə olub.
Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə insan resurslarının idarə edilməsi, kompetensiyaların və performasın qiymətləndirilməsi prosesləri və onların tətbiqi üzrə məlumat mübadiləsi aparılıb.
Görüşlər zamanı öyrənmə və inkişaf fəaliyyətləri, həmçinin insan resursları sahəsinə dair digər mühüm mövzular müzakirə olunub.