Mərkəzi Bankın nümayəndə heyəti Koreya Respublikasında işgüzar səfərdə olub – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Nazirliyinin nümayəndələrindən ibarət heyət Koreya Respublikasına işgüzar səfərdə olub. Asiya İnkişaf Bankının dəstəyi ilə baş tutan bu səfər zamanı Mərkəzi Bankın nümayəndələri Koreya Respublikasının kredit reytinqi agentliklərinin, “Kookmin Bank” və Maliyyə Xidmətləri Komissiyasının heyəti ilə görüşlərdə iştirak edib.

Koreya kredit reytinqi agentlikləri ilə görüşlər zamanı reytinq agentliklərinin institusional çərçivəsi, kredit reytinq sistemlərini dəstəkləyən metodologiyalar və təcrübələr, həmçinin müvafiq agentliklərin inkişafına hüquqi-tənzimləyici çərçivənin təsiri müzakirə olunub.

Ölkənin ən böyük banklarından olan “Kookmin Bank” nümayəndələri ilə görüş zamanı bankın risklərin qiymətləndirilməsi və mitiqasiyası təcrübələri öyrənilib. Səfər zamanı Koreyanın maliyyə sektorunun inkişafını və sabitliyini təmin edən Maliyyə Xidmətləri Komissiyası (Financial Services Commision) ilə də görüş təşkil edilib. Görüşdə Koreyanın reytinq bazarının tənzimləmə çərçivəsi üzrə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda reytinq agentliklərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təşəbbüslər əksini tapıb. Hazırda reytinq agentlikləri üzrə hüquqi və requlyativ çərçivənin yaradılması diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər icra edilir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı