Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasının Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfər olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, bu istiqamətdə təşkilat tərəfindən istehlakçılara göstərilən xidmətlər, həmçinin əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyi mövzuları müzakirə olunub.

Bununla yanaşı, istehlakçı müraciətləri, onların izlənilməsi və monitorinqi prosesi, eləcə də müraciətlərin alternativ həlli mexanizmi üzrə fikir mübadiləsi aparılıb.

Related posts

İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib

ADY-nin aktivləri 4,46 milyard manatı ötüb – maliyyə göstəriciləri açıqlanıb

Sahibkarların müraciətləri dinlənilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı