Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 503002579S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 97.3425 AZN (5.85%) və  97.9521 AZN (4.48%) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,252,700.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.9440 AZN (4.49%), orta ölçülmüş qiyməti 97.9511 AZN (4.48%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 06.07.2020 ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı