Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

21 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400679S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 94.6969 AZN (8 %) və 97.4760 AZN (3.69%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,631,100.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.3495 AZN (3.89%), orta ölçülmüş qiyməti 97.3768 AZN (3.85%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 02.11.2020 ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı