Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

1 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99,4416  AZN (7.22%) və 99,4773 AZN (6.76%) olan 4 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37.701.500,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4416 AZN (7.22%), orta ölçülmüş qiyməti 99,4651 AZN (6.91%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37.701.500,00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 29.04.2020 ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı