Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - BBN

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

8 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101379S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,4400 AZN (7.24%) və 99,4773 AZN (6.76%) olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104.564.700,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4400 AZN (7.24%), orta ölçülmüş qiyməti 99,4605 AZN (6.97%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100.000.000,00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 06.05.2020 ildir.

Related posts

Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

Dow Jones fyuçersləri yüksəldi – texnologiya nəhəngləri diqqət mərkəzində

ABŞ birja fyuçersləri gerilədi – bazar FED siqnallarını gözləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı