Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

24 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101089S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 99.5167 (6.24%) və  99.5543 (5.76%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 642,319,100.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543  (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 24.03.2021-ci ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı