Dekabrın 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103890S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 153 milyon 387 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 26-da ödəniləcək.