Mərkəzi Bankın rəhbəri: Almaniyada inflyasiya son 70 ilin ən yüksək səviyyəsinə qalxa bilər

Almaniyada inflyasiya payızda Rusiyanın təbii qaz təchizatını sıxması nəticəsində son 70 ilin ən yüksək səviyyəsinə, 10%-ə qalxa bilər.

BBN.az BusinessInsider.com-a istinadən xəbər verir ki, bu haqda Almaniya Mərkəzi Bankının rəhbəri Joachim Nagel ötən həftə Rheinische Post-a deyib. 

Cümə günü Rusiyanın Qazprom-u avqustun 31-dən gözlənilməyən üç günlük əsas təbii qaz kəmərindən təchizatının dayandırılmasını elan edib. Nəticədə ölkə Rusiyadan gələn təbii qaz axının zəifləməsindən dolayı enerji böhranı ilə mübarizə aparır. 

Qeyd edək ki, hazırda bu ölkədə inflyasiya 8.5%-dir. Almaniyanın Statistikalar Bürosunun məlumatına, əsasən burada 2022-ci ilin II rübündə iqtisadiyyatın inkişafı 0% olub. 

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı