Mərkəzi Bankın Rəhbərliyi Çin Xalq Bankı ilə görüş keçirib

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzuları müzakirə edilib. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri barədə məlumat bölüşülüb.

Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#MərkəziBank

Related posts

Azərbaycanda kredit portfelinin 70 faizdən çoxu kommersiya banklarının payına düşür

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı