Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın sədr müavini BVF-nun nümayəndə heyəti ilə görüşüb - BBN

Mərkəzi Bankın sədr müavini BVF-nun nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı BVF-nin Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyası çərçivəsində görülən işlərə dair müzakirələr aparılıb. Həmçinin maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi, missiya tərəfindən hazırlanmış bəyanatın əsas istiqamətləri müzakirə olunub. Görüşdə Mərkəzi Bank ilə BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı