Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın sədri: Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil - BBN

Mərkəzi Bankın sədri: Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil

Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

“Biz məcburi ehtiyat normalarının faizlərə təsirini görmürük. Bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq”, – deyə o qeyd edib.

“Yeni, həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla verilmiş kreditlər üzrə orta faiz  2023-cü ilin dekabrında 15,3 % olmuşdursa, bu ilin iyun ayında 15 % olub”, – deyə Kazımov əlavə edib.

Related posts

Son iki ayda büdcədən 25 milyon manat geri qaytarılıb

ABB-dən fiziki şəxslər üçün yeni məhsul – ABB istiqrazları!

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı