Mərkəzi Bankın sədri Taleh Kazımovdan gələcək pul siyasəti qərarları ilə bağlı açıqlama

“Növbəti pul siyasəti qərarları qəbul etdikdə biz rüblük əsasda makroiqtisadi proqnozlarımızı yeniləyəcəyik”.

BBN.az xəbər verir ki bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə növbəti aylarda proqnozlar inflyasiyanın il ərzində azalmasını göstərəcəksə biz öz pul siyasətimizin sərtləşdirmə mövqeyində pauza götürəcəyik. “Artıq yenilənmiş proqnozlara əsasən yumşaltma siyasətini nəzərdən keçirəcəyik”, – deyə sədr sözlərinə əlavə edib. 

Qeyd edək ki, bu gün təşkil edilən mətbuat konfransı tənzimləyicinin faiz dəhlizinin parametrləri haqda növbəti dəyişikliyinə həsr edilmişdi. Bankın faiz dəhlizinin parametrləri haqda növbəti açıqlaması isə cari ilin martın 29-da baş tutacaq.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı