Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın sədrindən AZTV-yə eksklüziv müsahibə: məzənnə ilə bağlı vacib açıqlama verib - BBN

Mərkəzi Bankın sədrindən AZTV-yə eksklüziv müsahibə: məzənnə ilə bağlı vacib açıqlama verib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə eksklüziv müsahibə verib. 

BBN.az xəbər verir ki, sədr bildirib ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır.

“Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura, həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”, – deyə o qeyd edib.

Bundan başqa, o, deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın – manatın məzənnəsinə birbaşa təsiri yoxdur: “Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq”.

Sədr, müsahibəsi çərçivəsində bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb.

“O cümlədən, hesabat dövründə AMB-nin valyuta ehtiyatları 4%-dən çox artaraq 9,8 milyard ABŞ dollarına yüksəlib”, – deyə o qeyd edib.

DAHA ƏTRAFLI VİDEO-DA:

Related posts

Qlobal bazarlar yeni həftəyə geosiyasi risklər və makroiqtisadi göstəricilərlə başlayır

Maliyyə Nazirliyi: 2027-ci ildə icmal büdcə gəlirləri 48 milyard manatı ötəcək

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı toplantılarında Sİ riskləri gündəmə gəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı