Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın tərəfdaşlığı ilə keçirilmiş 49-cu ICPC dünya finalı başa çatıb - BBN

Mərkəzi Bankın tərəfdaşlığı ilə keçirilmiş 49-cu ICPC dünya finalı başa çatıb

05.09.2025, Bakı. – Mərkəzi Bankın tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı başa çatıb. Komandalar 5 saat ərzində real problemlərə ən optimal həll yollarını təqdim etmək üçün mübarizə aparıblar.

Mərkəzi Banka istinadən xəbər verilir ki, sentyabrın 4-də Bakı Ekspo Mərkəzində ICPC icmasının, tərəfdaşların və komandaların iştirakı ilə yarışın rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov iştirakçıların əzmkarlığının və birliyinin onların əsas üstünlüyü olduğunu bildirib. O, iştirakçıları dünyanın rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər və istedadlar cəmiyyətinin üzvü adlandıraraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bağlanış mərasimində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, ICPC Fondunun baş icraçı direktoru Bill Pouçer, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və 49-cu ICPC dünya finalının direktoru Fuad Hacıyev də çıxış ediblər.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması mərasimin ən yaddaqalan məqamlarından olub. 70-dən çox ölkədən 140 komandanın qatıldığı yarışda Sankt-Peterburq Universiteti 11 tapşırığı həll edərək dünya çempionu adını qazanıb. Tokio Universiteti, Pekin Jiatonq Universiteti və Tsinxua Universiteti isə qızıl medalçı olub.

Qeyd olunub ki, tədbir Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ICPC Azərbaycan” icmasının əməkdaşlığı, həmçinin “PAŞA Holding”in dəstəyi ilə reallaşıb.

Related posts

Azərbaycanda fond bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı