Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda büdcənin gəlirləri proqnozu 33 % üstələyib - BBN

Naxçıvanda büdcənin gəlirləri proqnozu 33 % üstələyib

Bu ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında büdcənin gəlirləri üzrə 136,5 milyon manat proqnoza qarşı 180,9 milyon manat faktiki daxilolma təmin olunub. Bu, plana nisbətən 44,4 milyon manat və ya 32,5 % çoxdur.

BBN.az xəbər verir ki, daxilolmaların 91,7 %-i (165,9 milyon manat) vergi orqanlarının, 6,7 %-i (12,1 milyon manat) gömrük orqanlarının, qalan hissəsi isə büdcə təşkilatlarının ödənişli xidmətləri və digər mənbələrin payına düşüb. Vergi daxilolmalarında əlavə dəyər vergisi 121 %, aksizlər 153 %, fiziki şəxslərin gəlir vergisi 115 %, hüquqi şəxslərin mənfəət vergisi isə 126 % icra olunub.

Dövlət büdcəsindən ayrılan dotasiya üzrə 167,6 milyon manatlıq plana qarşı 120 milyon manat icra olunub ki, bu da daxili maliyyə imkanlarının genişləndiyini göstərir. Xərclər üzrə isə 310,9 milyon manatlıq plana qarşı 276,9 milyon manat xərclənib (icra səviyyəsi 89 %). Sosial öhdəliklər – əməkhaqları, təhsil və sosial təminat xərcləri əsasən tam yerinə yetirilib.

Son üç ildə aparılan islahatlar nəticəsində dövlət büdcəsindən asılılıq azalıb, hazırda xərclərin 57 %-i daxili gəlirlər hesabına maliyyələşdirilir. Növbəti dövrlərdə fiskal siyasətin təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi əsas prioritetlər kimi qalacaq.

Related posts

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı