Mərkəzi Bankın təşkilatçılığı ilə “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib – Foto

Mərkəzi Bank və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib.

22-23 may tarixlərində “Fairmont Baku” hotelində təşkil olunan konfransın əsas məqsədi katastrofik risklərin maliyyə nəticələri, onların ölçülməsi və bu risklərin sığortalanma mexanizmlərinin inkişafı üzrə beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsinin aparılması olub.

Konfrans sığorta sektorunun peşəkarlarını, aidiyyəti akademik dairələrdən nümayəndələri, geologiya və inşaat sahəsinin mühəndislərini bir araya gətirərək tikililərin dayanıqlılığı və maliyyə sistemlərinin təbii fəlakətlərə qarşı dözümlülüyü səviyyəsinin artırılması ilə bağlı müzakirələr üçün effektiv bir platforma rolunu oynayıb.

Konfransda açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov son illərdə Azərbaycan maliyyə bazarlarının davamlı islahatlar və inkişafla xarakterizə olunduğunu vurğulayıb. “Bununla belə, ölkəmizdə sığorta bazarının hələ ki, tam reallaşmamış potensialı böyükdür. Ona görə də başlıca strateji vəzifələrdən biri sığorta bazarının miqyasının və penetrasiyasının genişləndirilməsidir”, – deyə Rəşad Orucov bildirib.

Tədbirdə Mərkəzi Bankın nümayəndələri tərəfindən sığorta sektorunun dayanıqlı inkişafının təmin olunması və sektora inamın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Qeyd edək ki, konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tətbiqi məsələləri ilə bağlı təqdimatlar da keçirilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı