Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Məsafədən bank əməliyyatlarında yeni era - SİMA vahid rəqəmsal həll kimi - BBN

Məsafədən bank əməliyyatlarında yeni era – SİMA vahid rəqəmsal həll kimi

Azərbaycan Mərkəzi Bankının “Məsafədən hesabların açılması Qaydası”na etdiyi dəyişikliyə əsasən, bu gündən etibarən məsafədən bank hesablarının açılması yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Bu yenilik maliyyə institutlarından müştərilərin məsafədən identifikasiyası və autentifikasiyası prosesində yeni yanaşmalar tələb edir.

SİMA Rəqəmsal Həllər Platforması isə bu çərçivədə banklar da daxil olmaqla bütün maliyyə qurumları üçün optimal və effektiv həll kimi çıxış edir.

Yeni qaydaların tətbiqi ilə maliyyə institutları müştərilərin məsafədən eyniləşdirilməsini müxtəlif üsullar vasitəsilə həyata keçirə bilər ki, SİMA bu proseslərin hər biri üçün uyğun həllər təqdim edir.

İstifadəçilərin foto çəkilişi vasitəsilə eyniləşdirilməsi “SİMA KYC” məhsulu vasitəsilə mümkündür. Videoqeydiyyat və ya videozəng əsasında eyniləşdirmə isə “SİMA KYC” platformasının eyniadlı həlləri ilə təmin olunur. Bu yanaşma maliyyə institutlarına müştərinin identifikasiyasını müxtəlif ssenarilər üzrə təhlükəsiz və çevik şəkildə təşkil etməyə imkan yaradır.

Ümumilikdə isə məsafədən identifikasiya və autentifikasiya proseslərini ayrı-ayrı resurslar vasitəsilə həyata keçirmək əvəzinə, təkcə SİMA rəqəmsal imzanı tətbiq etməklə də həyata keçirmək mümkündür. Belə ki, “SİMA İmza” biometrik eyniləşdirmə və gücləndirilmiş elektron imza tələblərini vahid platformada birləşdirərək, yeni Qaydanın bütün tələblərini təmin edir. Bu yanaşma bank əməliyyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, xidmətlərin daha sürətli və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.

“SİMA İmza” haqqında

SİMA Rəqəmsal Həllər Platforması “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Vətəndaşlar üçün elektron imzadan istifadə tam ödənişsizdir.

Related posts

AMB maliyyə icarəsi sahəsinin inkişafı üçün yeni dəstək tədbirləri hazırlayır

AMB rəsmisi: Maliyyə icarəsi sahəsində mövcud baza inkişafı tam dəstəkləmir

“Lizinq” termini “maliyyə icarəsi” ilə əvəz olunur – yeni qanun layihəsi müzakirədə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı