“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qusarda ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmə Qusar rayonunda təşkil olunacaq.

Tədbirdə iştirakçılara layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də layihəyə müraciət və iştirak qaydaları barəsində ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə 11 oktyabr 2023-cü il tarixində saat 11.30-da Qusar şəhərindəki Gənclər Evində keçiriləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı