Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub - BBN

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” üzrə təlimlərə ötən il daha 6 mindən çox şəxs cəlb olunub. Ümumilikdə layihəyə ötən dövrdə cəlb olunanların sayı 14 minə yaxındır.

Bu barədə Nazirlikdə Dünya Bankının həmin layihə üzrə missiyası ilə keçirilən görüşdə qeyd olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və digər həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb.

Bu layihənin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə mühüm dəstək olduğu, layihənin 22 min şəxsi əhatə etməsinin nəzərdə tutulduğu bildirilib.

Qeyd olunub ki, layihə çərçivəsində ilk mərhələdə təlimlər təşkil olunur. Bu təlimləri uğurla bitirən işsiz və işaxtaran şəxslərə aktivlər verilməklə onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılır. “Məşğulluğa dəstək layihəsi” barədə məlumatlılıq səviyyəsinin artırılması üçün Bakı və bölgələrdə ardıcıl olaraq ictimai dinləmələr də keçirilir.

Görüşdə “Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı