Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyədə dolların məzənnəsi yenidən artıb - BBN

Türkiyədə dolların məzənnəsi yenidən artıb

Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.

BBN.az xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 30,84 TL, satış üzrə 30,89 TL müəyyən edib. Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0550 manata ticarət edilir.

Related posts

AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir

Dünya Birjalarında “Sakitlik”: ABŞ və İran Arasındakı Saziş Ehtimalı Bazarları Gözləmə Mövqeyinə Çəkdi!

Dünyanın Gözü Bu Görüşdə: ABŞ və İran Arasında “Kritik Atəşkəs” Masada – Bazar Ertəsi Son Möhlətdir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı