“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 545-ə, təqdim etdikləri vakansiya sayı 2957-ə çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 545-ə çatıb.

Marafon Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyır. Bu məqsədlə marafona qoşulan işəgötürənlərin 286-ı dövlət, 259-u isə özəl müəssisələrdir.

Onlar tərəfindən marafona artıq 2957 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 866 nəfər (o cümlədən 140 şəhid ailəsi üzvü və 726 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Related posts

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı