“Məşğulluq” mövzusunda “TEDx Khatai Street” tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “TEDx Khatai Street” tədbiri keçirilib.

Tədbirin budəfəki mövzusu “Məşğulluq” olub.

Ölkəmizdə sayca ikinci dəfə keçirilən tədbir barədə məlumat verilib, spikerlərin çıxışlarının, təcrübələrinin paylaşılmasının  tələbə və məzunlar üçün faydalı olacağı qeyd edilib.

Tədbirin spikerləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov, Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov, “Azerconnect Group”un baş direktoru Emil Məsimov, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Mehriban Rəsulova olub.

Onlar “Əmək münasibətlərində bərabərlik və inklüzivlik”, “Sosial sığortanın əhəmiyyəti”, “Banklarda süni intellektin tətbiqi: əməkdaşlara dəstək, yoxsa əvəz”?, “Peşə seçimi və stereotiplər” və “Kəsişən paralellər” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbir iştirakçıları həmçinin spikerlərə öz suallarını ünvanlamaq, şəbəkələşmək imkanı əldə ediblər.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı