Məşğulluq sahəsində Litva ilə əməkdaşlıq imkanları inkişaf etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində rəsmi səfərdə olub.

 

Səfər çərçivəsində nümayəndə heyəti Mərkəzi Layihə İdarəetmə Agentliyi tərəfindən “EU4Youth III mərhələsi – Gənclərin Məşğulluğu və Sahibkarlıq Proqramı” çərçivəsində “Litvada Gənclik Zəmanəti tədbirlərinin həyata keçirilməsinə giriş” mövzusunda təşkil edilən tədbirdə iştirak edib.

 

Bundan başqa Agentliyin nümayəndələri Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin Vilnüs şəhərində fəaliyyət göstərən nümayəndəliyində olub, ölkələr arasında məşğulluq sahəsində görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Bundan başqa gənclərin təlimi və ixtisasının artırılması, gənclər üçün karyera məsləhəti, gənclərin sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial tərəfdaşlarla əməkdaşlıq mövzuları üzrə təlimlər də keçirilib.

 

Səfər çərçivəsində həmçinin Litvanın Sosial Təminat və Əmək Nazirliyində, Xidmətin Alytus şəhərində yerləşən bələdiyyəsində və Regional Karyera Mərkəzində də görüşlər baş tutub.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı