Məşğulluq tutumlu müəssisələrin yaradılması və inkişafı dəstəklənir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Birgə İnvest”in təmin etdiyi dövlət dəstəyi ilə yaradılmış “Caspian Textile” müəssisəsi istehsal gücünü və məhsul çeşidini artırır. 

Qobuda fəaliyyət göstərən müəssisənin yaradılmasına KOBİA və “Birgə İnvest” vasitəsilə maliyyə mənbələrinə çıxış, biznesin planlaşdırılması və təşkili, daxili bazar araşdırmalarının aparılması, biznes planın tərtib edilməsi, işçi heyəti üçün təlimlərin təşkili istiqamətlərində dəstək göstərilib. 

Aprelin 5-də KOBİA-nın nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olub, gələcək planları və lazımi dəstək barədə fikir mübadiləsi aparıblar.  

Məlumat verilib ki, hazırda müəssisə tərəfindən müxtəlif uniformalar, məktəbli, işçi, hərbi və s. geyimlər istehsal edilir, işçi dəbilqələri, əlcəklər, ayaqqabılar və respiratorlar satışa çıxarılır. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisədə tikiş, boya, naxış, model dizayn və konstruktor büroları var. Son bir ildə müəssisədə aylıq istehsal gücü 15 min ədəd geyimə çatdırılıb. Yeni tekstil məhsullarının istehsalı və müəssisənin istehsal gücünün aylıq 30 min ədəd geyimə çatdırılması istiqamətində müvafiq işlər görülür. Müəssisədə 60-a yaxın işçi çalışır. Həssas əhali qrupuna aid olan insanların uyğun vəzifələrdə işlə təmin olunmasına diqqət yetirilir. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı