Macarıstan 1,5 ildən sonra ilk dəfə faiz dərəcələrini endirib.
BBN.az xəbər verir ki, Magyar Nemzeti Bank (Macarıstan Mərkəzi Bankı) inflyasiya səviyyəsinin bankın müəyyən etdiyi hədəf göstəricidən aşağı düşməsindən sonra təxminən bir il yarımlıq fasilədən sonra ilk dəfə əsas uçot dərəcəsini azaldıb.
Qurum çərşənbə axşamı əsas faiz dərəcəsini 0,25 faiz bəndi endirərək 6,25 faizə salıb. “Bloomberg” agentliyinin keçirdiyi sorğuda iştirak edən 21 iqtisadçının proqnozları da məhz bu qərarı ehtiva edib.
Ölkədə illik ümumi inflyasiya yanvar ayında əvvəlki ayda qeydə alınmış 3,3 faizdən 2,1 faizə enərək, son beş ildə ilk dəfə olaraq bankın 3 faizlik hədəf səviyyəsindən aşağı düşüb.