Macarıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Azərbaycan və Macarıstan arasında KOB sahəsində əməkdaşlığa, bu sahədə birgə tədbirlərin keçirilməsinə, hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə, eləcə də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası çərçivəsində Macarıstanın müvafiq qurumları ilə görüşlərin təşkilinə dair müzakirələr aparılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı