“Made in Uzbekistan” onlayn biznes forumu keçiriləcək

Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyinin nəzdində İxracın Təşviqi Agentliyi, “Uztekstilprom” tekstil və tikiş-trikotaj Sənayesi Assosiasiyası, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı, “Caspian Event Organisers”in (CEO) təşkilati dəstəyi ilə “Made in Uzbekistan Textile” onlayn forumu keçiriləcək.

25-27 avqust tarixlərində baş tutacaq onlayn forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı, ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunub.

Forum çərçivəsində keçiriləcək onlayn görüşlərdə Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab, bez parça, bint (tənzif), tibbi geyim və maskalar, aksesuarlar, boyalar, parça boyama xidmətləri və digər məhsul və xidmətlər təqdim edən 27 şirkətin iştirakı nəzərdə tutulur. Onlayn tədbirə qatılacaq özbək istehsalçılarının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az

Onlayn forumda iştirak etmək istəyən Azərbaycanın sahibkarlıq subyektləri bu linkə https://b2b-uz-textile.ceo.az/register-as-importer-az daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı