“Maire Tecnimont” şirkətilə Anlaşma Memorandumu imzalanıb

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb.

Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Sənəd, həmçinin aşağı karbon texnologiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hydrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.

Related posts

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Nyu-York birjasında təbii qazın qiyməti daha da enib

Dünya bazarlarında neft ucuzlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı