Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Maliyyə icarəsi haqqında” qanuna uyğunlaşdırma layihəsi I oxunuşda qəbul edilib - BBN

“Maliyyə icarəsi haqqında” qanuna uyğunlaşdırma layihəsi I oxunuşda qəbul edilib

signature documents

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında bir sıra qanunların “Maliyyə icarəsi haqqında” qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanun layihəsi I oxunuşda qəbul olunub.

Layihə Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, “Müflisləşmə və iflas haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Banklar haqqında”, “Lisenziyalar və icazələr haqqında” və digər çoxsaylı normativ aktlara dəyişiklikləri əhatə edir.

Dəyişikliklərə əsasən, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin birbaşa “Maliyyə icarəsi haqqında” qanunla tənzimlənməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllədə lizinq münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi və terminlərin yeni qanuna uyğunlaşdırılması planlaşdırılır.

Layihədə həmçinin müflisləşmə hallarında maliyyə icarəsi obyektinə yönələn tələblərin ayrıca qaydada tənzimlənməsi, tərəflər arasında tətbiq ediləcək hüquqla bağlı razılıq olmadıqda icarəyə verənin fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiqi kimi müddəalar yer alıb.

Bundan əlavə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan şəxslərin kredit tarixçələrinə dair məlumatları ən azı bir kredit bürosuna təqdim etməsi tələbi müəyyənləşdirilir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin təsisçiləri və onların payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına təqdim edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmək üçün hüquqi şəxslər 550 manat dövlət rüsumu ödəməli olacaqlar.

Həmçinin sənəddə maliyyə bazarlarında lisenziya və icazə sisteminin təkmilləşdirilməsi, eləcə də müxtəlif sahələri əhatə edən qanunlarda uyğunlaşdırma xarakterli texniki dəyişikliklərin edilməsi də öz əksini tapıb.

Qeyd edək ki, təklif olunan dəyişikliklər maliyyə icarəsi bazarının daha şəffaf və sistemli fəaliyyətinə, eyni zamanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə xidmət etməyi hədəfləyir.

Related posts

AMB-nin maliyyə sektorunun inkişaf strategiyası 2025-ci ildə 85,6 % icra olunub

AMB və EBRD Azərbaycanda makroiqtisadi mühiti müzakirə edib

ARDNF dövlət büdcəsinə transfertlərini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı