Maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Oktyabrın 20-də maliyyə naziri, Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda Azərbaycan və Səudiyyə Ərəbistanı Hökumətlərinin yaratdığı əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Maliyyə naziri yeni səfiri təyinatı münasibətilə təbrik edərək Azərbaycandakı diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı