Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyi 174 milyon manatı kommersiya banklarında depozitə yerləşdirib - BBN

Maliyyə Nazirliyi 174 milyon manatı kommersiya banklarında depozitə yerləşdirib

Bu ilin iyul ayında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlir əldə edilməsi məqsədilə 4 depozit hərracı keçirib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Keçirilən hərraclar çərçivəsində xəzinə hesabının ümumilikdə 174 milyon manat qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

İyulun 9-da keçirilən ilk hərracda 73 milyon manat 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 7,24% faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 16-da keçirilən növbəti hərracda 40 milyon manat 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 6,52% faiz dərəcəsi ilə yerləşdirilib.

İyulun 23-də baş tutan hərracda isə 2 kommersiya bankının iştirakı ilə 31 milyon manat 28 gün müddətinə, orta çəkili 6,55% faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Ayın son hərracı iyulun 30-da keçirilib. Hərracda 3 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, orta çəkili 6,53% faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Maliyyə Nazirliyindən bildirilib ki, dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə xəzinə hesabının qalığının bazar prinsipləri əsasında depozit hərracları vasitəsilə ölkənin kommersiya banklarında yerləşdirilməsi praktikası davam etdirilir.

Related posts

“TuranBank” Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

AMB-də süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

Hesablama Palatası ARDNF-yə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı