Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyi avqustda 146 milyon manatı banklarda depozitə yerləşdirib - BBN

Maliyyə Nazirliyi avqustda 146 milyon manatı banklarda depozitə yerləşdirib

Bu ilin avqust ayında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlir əldə edilməsi məqsədilə 6 depozit hərracı keçirib.

BBN.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hərraclar nəticəsində xəzinə hesabının ümumilikdə 146 milyon manat qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Avqustun 6-da keçirilən iki hərracın nəticəsində 16 milyon manat 2 kommersiya bankında 28 gün müddətinə, 6,54% orta çəkili faizlə, digər 25 milyon manat isə 1 bankda 84 gün müddətinə, eyni faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 13-də keçirilən hərracda 21 milyon manat vəsait 2 kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə yerləşdirilib.

Avqustun 20-də keçirilən hərracın nəticəsində isə 35 milyon manat 1 kommersiya bankında 84 gün müddətinə 6,53% faizlə depozitə qoyulub.

Ayın sonuncu hərracları avqustun 27-də keçirilib. Onlardan birində 19 milyon manat 2 bankda 28 gün müddətinə 6,52%, digərində isə 30 milyon manat 1 bankda 84 gün müddətinə 6,54% orta çəkili faizlə yerləşdirilib.

Nazirliyin məlumatına görə, bu cür alətlərdən istifadə dövlət vəsaitlərinin idarə edilməsində əlavə gəlirlərin formalaşdırılmasına, eyni zamanda kommersiya banklarında likvidliyin artırılmasına imkan verir.

Related posts

XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış”

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Unibank bankomat şəbəkəsini yeniləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı