Maliyyə Nazirliyi “Fitch Ratings”in Azərbaycanla bağlı proqnozuna münasibət bildirib

Maliyyə Nazirliyi bu ilin iyun ayında “Standard and Poor’s” (“S&P”) beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

“Fitch Ratings”in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”, – deyə açıqlamada qeyd olunub.

Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı