Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növüFaizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0108001782
Emissiya həcmi 10 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti1820  gün
Faiz ödənişləri (olduqda)2 mart 2021-ci il, 31 avqust 2021-ci il, 1 1 mart 2022-ci il, 30 avqust 2022-ci il, 28 fevral 2023-cü il, 29 avqust 2023-cü il, 27 fevral 2024-cü il, 27 avqust 2024-cü il, 25 fevral 2025-ci il, 26 avqust 2025-ci il
Faiz gəliri8,5 %
Ödəmə tarixi26.08.2025
AnderrayterPaşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Qeyd : Xatırlatmaq istərdik ki, 01.09.2020-ci il tarixində hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki(qalıq) tədavül müddəti 1820 gün təşkil edəcəkdir.

Related posts

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.05.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı