Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manat həcmində, 1820 (5 il) gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 80.0002 AZN (14.2246%) və 102.2338AZN (7.9498%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2406AZN (8.44%%) orta ölçülmüş qiyməti 101.3644 AZN (8.1622%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 539 600.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  21.01.2025-ci ildir.

Hərrac iştirakçıları 29 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı