21 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004772 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 88,5514 AZN (13.00%) və 93,4916 AZN (6.99%) olan 15 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93,4916 AZN (6.99%), orta ölçülmüş qiyməti 93,4916 AZN (6.99%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,100,600.00 AZN yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 20 aprel 2021-ci ildir.
Hərrac iştirakçıları 22 aprel 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.