Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

19 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 88.0000 AZN (18.4441%) və 100.1754  AZN (10.9000%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (11.0000%), orta ölçülmüş qiyməti 100.0157  (10.9910%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62,349,800.00 AZN yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17 may 2022-ci  il.

Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı